“Qəbələ”nin üç futbolçusu hazırlıqda iştirak etmir. Klubun rəsmi saytı "Qarabağ"a qarşı Premyer Liqanın XVIII tur matçında (1:4) zədələnən Omar Hani komandadan ayrı düşüb. İordaniyalı yarımmüdafiəçinin 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı gözlənilir. Yaovi Akakpo fərdi bərpa prosesindədir. Gülağa Əsədov isə əməliyyat sonrası bərpa dövrü keçir. Zədədən sonra sıraya dönən Rüfət Əhmədov artıq heyətə qayıdıb. O, "Zirə" ilə qolsuz başa çatan XIX tur oyununda ehtiyat oyunçular arasında olub.